21 C
Bakı
16 Oktyabr 2026 07:38
Cəmiyyət

Bu içkilər orqanizmlə yanaşı xarici görünüşə də mənfi TƏSİR EDİR

Şəkərli qazlı içkilər insanın mümkün qədər tez imtina etməli olduğu içkilərdən biridir.

Tacxeber.com xəbər verir ki, bu barədə tibb elmləri namizədi, terapevt İrina Baranova bildirib.

Həkimin sözlərinə görə, şirin qazlı içkilər əslində insan orqanizmi üçün gizli zəhər hesab edilir:

“Bu içkilər heç bir halda masanın üstündə olmamalıdır. Şirin qazlı içkilərin tərkibindəki şəkər və sürətli karbohidratlar içildiyi anda bədəndə şişkinliyə səbəb olur. Bu isə orqanizmdə insulin səviyyələrində sıçrayışlara gətirib çıxarır”.

Həkimin sözlərinə görə, bəzi zərərli qidalar kimi, qazlı içkilər də orqanizmlə yanaşı, insanın zahiri görünüşünə də mənfi təsir göstərir. İrina Baranovanın sözlərinə görə, zahiri görünüşə pis təsir edən gizli şəkər əsasən şirələrdə, ketçuplarda, hazır salat soslarında, bəzi yoqurtlarda, un məmulatlarında var.

Mütəxəssis qeyd edib ki, qazlı içkilər sırasında keyfiyyətli mineral suların orqanizmə zərər vurmamaqla yanaşı, bir sıra faydaları da mövcuddur. Odur ki, gündəlik rasionumuzda şirələri mineral sularla əvəzləmək həm orqanizmimizə, həm də xarici görünüşümüzə müsbət təsir edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor