Dünya

Tramp: “İranla əməkdaşlıq edənlərin ABŞ ilə iş görmək hüququ yoxdur”

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun “Capital One” arenasındakı son çıxışında Co Bayden administrasiyasının İrana münasibətini bir daha tənqid edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

 

Donald Tramp prezidentliyi dövründə İranın ağır iqtisadi böhran içində olduğunu, HƏMAS və “Hizbullah”ı maliyyələşdirə bilmədiyini vurğulayıb.

 

Tramp bildirib ki, İran hökuməti ilə əməkdaşlıq edən hər hansı fiziki şəxs və ya qurum ABŞ ilə sövdələşməyə girmək hüququna malik deyil.

 

ABŞ dövlət başçısı ilk prezidentlik dövründə İrana qarşı “maksimum təzyiq” siyasəti həyata keçirib və görünür, bu siyasəti davam etdirəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Bill Qeyts və Cef Bezosdan ortaq layihə – İnsan beynini idarə edən İMPLANT

redaktor

Salome Zurabişvili Gürcüstandakı prezident seçkilərini tanımadığını BƏYAN ETDİ

redaktor

Natiq Cəfəlrli: “İki ildə seçki olmayacaqsa, İmamoğlunun reytinqini indiki kimi yüksək saxlamaq mümkün olacaqmı?”

admin