Dünya

Lukaşenko Trampı TƏNQİD ETDİ: “Rəbb onu axmaq hərəkətlər üçün xilas etməyib” – VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı andiçmə mərasimindəki çıxışına görə tənqid edib.

 

Tacxeber.comxəbər verir ki, Lukaşenko bu barədə “MAZ” avtobus istehsalı müəssisəsinin açılış tədbirində danışıb.

 

“Rəbb onu axmaq hərəkətlər etmək üçün xilas etdi? “Mən gəldim, mən belə bir qəhrəmanam və hər şeyi qırıb əzəcəyəm” deməklə deyil, davamlılıq olmalıdır. Əgər bu nitqdən sonra insanların arasına çıxsan, səni güllələyəcəklər. Görürsünüz ki, orada (ABŞ-də) axmaq insanlar çoxdur.

 

Donald əslində haqlıdır: Allah onu xilas etdi. Amma nə üçün? Axmaqlığa qapılıb, hər şeyi ləğv edib, dünyada möcüzələr yaratmaq üçün? Xeyir!

 

Tramp bu cür pafoslu çıxışları, özünü göstərməyi sevir. Lakin artıq kifayətdir! 80 yaşı var, axı nə qədər olar?”, – deyə Belarus prezidenti bildirib.


Tacxeber.com

Oxşar xəbərlər

Xameneyinin səhhəti pisləşib?!

admin

Yanıq ağrılarını azaldan və xərçəngi müalicə edən sarğı ixtira olundu – VİDEO

redaktor

Ramzan Kadırov komada – Ukrayna mediasından şok iddia -FOTO

redaktor