Dünya

Ərdoğanı təhqir edən Ümit Ozdağ restoranda QANDALLANDI – VİDEO

Zafer Partiyasının sədri Ümit Özdağ, 19 yanvar 2025-ci ildə partiyasının il başqanları ilə keçirilən məsləhətləşmə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “Prezidentə təhqir” və “xalqı kin və düşmənçiliyə təhrik” ittihamları ilə başlanan istintaq çərçivəsində saxlanılıb.

 

Tacxeber.com bildirir ki, Özdağ, Ankarada yemək yediyi restoranda saxlanıldıqdan sonra tibbi müayinədən keçirilib və İstanbula gətirilib. Zafer Partiyası rəsmi açıqlamasında bütün vətəndaşları və partiya üzvlərini Ümit Özdağın yanında olmağa dəvət edib və rəsmi kanallardan gəlməyən məlumatlara etibar edilməməsini istəyib.

 

Özdağın İstanbul Vatan Əmniyyət Müdirliyində gecələyəcəyi və sabah saat 09:00-da ifadə vermək üçün Çağlayan Ədliyyəsinə aparılacağı bildirilib.


Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu Avdeyevkada Rusiyanın zirehli döyüş maşınını PARTLADIB – VİDEO

redaktor

İlham Əliyevlə Putinin görüşü başladı

redaktor

ABŞ-dən Ukraynaya imtina mesajı: “Beş bölgə Rusiyanın tərkibində qalmaq istəyir”

admin