23 C
Bakı
24 İyun 2025 13:12
Hadisə

Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.

 

Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zağulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

 

Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Ali təhsili Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.

 

Z.İsmayılovanın 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada qəzaya uğrayan təyyarənin göyərtəsində Priqojinin “sağ əli” də olub

redaktor

Axundun zəlzələyə reaksiyası diqqət çəkdi — VİDEO

redaktor

Rəşadın öldürdüyü şəxs tanınmış meyxanaçının qohumu imiş…

redaktor