28 C
Bakı
13 Avqust 2025 22:03
Hadisə

İbrahim Kərbalıyevin oğlu intihar etdi

Dünən axşam saatlarında Xətai rayonunda intihar baş verib.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb.

 

Əldə edilən məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun kargüzarlıq şöbəsində çalışan İbrahim Kərbalıyevin oğludur.

 

Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.

 

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Tacxeber.com

Oxşar xəbərlər

Heydər Əliyev prospektində daha bir qəza – Taksi aşdı

redaktor

Bakıya dayə kimi gətirilən afrikalı qadının başına iş gəldi

redaktor

Bakıda maşından güllələnmiş kişi meyiti tapıldı

admin