Dünya

Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürüb

Ukrayna Rusiyanın Kursk vilayətində ilk dəfə Şimali Koreya hərbçilərini əsir götürüb.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X”də yazıb.

 

O bildirib ki, iki əsgər yaralı olsa da, sağ qalıb və Kiyevə aparılıb:

 

“Bu asan məsələ deyil: Rusiya qüvvələri və Şimali Koreyanın digər hərbi qulluqçuları adətən Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına dair hər hansı sübutu silmək üçün öz yaralılarını öldürürdülər. Bu iki şəxsi əsir götürən hərbçilərimizə minnətdaram. Bütün hərbi əsirlərə olduğu kimi, bu iki Şimali Koreya əsgərinə də lazımi tibbi yardım göstərilir. Mən Ukrayna Təhlükəsizlik Xidmətinə jurnalistlərin bu məhbuslarla görüşməsinə icazə verməyi tapşırmışam. Dünya baş verənlərlə bağlı həqiqəti bilməlidir”.

 

Ukrayna xarici işlər naziri Andrey Sbiqa isə qeyd edib ki, Şimali Koreya qoşunları Ukraynaya qarşı müharibədə fəal iştirak edirlər: “Bizə, Moskva və Pxenyandakı rejimlərə qarşı maksimum təzyiq lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynaya 400 milyonluq yeni yardım paketi

redaktor

Vaqif Sadıqov erməni radikallarının Azərbaycan səfirliyinə hücum edəcəyini bildirib

redaktor

Xameneyinin səhhəti pisləşib?!

admin