Siyasət

İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rasilə Əliyeva bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

 

Tacxeber.com“Qafqazinfo”ya istinadən xəbər verir ki, Rəsilə Arifqızı Əliyeva Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, onun adı MSK-nın saytında yerləşdirilən siyahıda yoxdur.

 

Qeyd edək ki, R. Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rssilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.

 

Araşdırmalardan sonra Rasilə Əliyeva vəzifəsindən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın müxalifət liderinə qarşı 20 illik repressiya və beynəlxalq səssizlik

admin

ABŞ indidən Venesuela neftinin satışına başlayıb – Bütün gəlirləri ABŞ-nin banklarına yönəldəcək

redaktor

Tailandda qadın siyasətçi seçicilərə verdiyi qeyri-adi vədi yerinə yetirdi- Ziyarətgahda çılpaq rəqs etdi

redaktor