25 C
Bakı
23 İyun 2025 14:41
Siyasət

İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının məktəbliyə zorakılıq etdiyinə görə vəzifəsindən çıxarılan sabiq müavini Rasilə Əliyeva bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

 

Tacxeber.com“Qafqazinfo”ya istinadən xəbər verir ki, Rəsilə Arifqızı Əliyeva Lənkəran Şəhər Bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürsə də, onun adı MSK-nın saytında yerləşdirilən siyahıda yoxdur.

 

Qeyd edək ki, R. Əliyeva İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rssilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.

 

Araşdırmalardan sonra Rasilə Əliyeva vəzifəsindən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Yolları açsınlar və pul qazansınlar” – Elmar Məmmədyarov

redaktor

Əfşar Süleymaninin qalmaqallı açıqlaması: Bu, necə baş verib?

admin

Putin-Zelenski görüşü gözlənilir – Türkiyədə

redaktor