16 C
Bakı
26 Sentyabr 2025 04:54
Dünya

Kim Çen Indan qəribə qadağa

Şimali Koreya lideri Kim Çen In öz ölkəsinin sakinlərinə hot-doq yeməyi qadağan edib və boşanmalara görə cəzaları sərtləşdirib.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən bildirir ki, ölkə lideri Kim Çen In Qərb mənşəli bu yeməyin dövlət ideologiyasına zidd olduğunu bildirib.

 

İndi hot-doq bişirmək və ya satmaq ağır cinayət sayılır və məcburi əmək düşərgəsinə göndərilməklə cəzalandırılır.

 

“Fast food” ilə yanaşı, ölkə hakimiyyəti boşanmaq qərarına gələnlər üçün də tədbirləri sərtləşdirib. Əgər əvvəllər yalnız boşanmanın təşəbbüskarı cəza alırdısa, indi hər iki keçmiş həyat yoldaşı altı aya qədər əmək düşərgəsinə göndərilir.

 

Artıq yerli məhkəmələr yeni qaydaları tətbiq etməyə başlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu

redaktor

Durov niyə həbs edilib? – Zaxarova Makronun əsl məqsədini açıqladı

redaktor

NATO Baş katibindən Ukraynaya mesaj: “Qapımız açıqdır…”

redaktor