11 C
Bakı
30 Mart 2026 05:55
Cəmiyyət

Azərbaycanda böyrək transplantasiyası hansı xəstəxanalarda həyata keçirilir? – Siyahı

 

Azərbaycanda 11 xəstəxanada böyrək transplantasiyası həyata keçirilir.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-dən məlumat verilib.

 

Bildirilib ki, “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2021-ci il tarixli 235 nömrəli qərarı ilə müəyyən edilib. Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minib.

 

Həmin xəstəxanaların siyahısını təqdim edirik:

 

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı

 

Mərkəzi Neftçilər Xəstəxanası

 

“Mərkəzi Klinika” MMC

Respublika Müalicəvi Diaqnostika Mərkəzi

 

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası

 

“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC

 

Bakı Sağlamlıq Mərkəzi

“Bona Dea” Beynəlxalq Xəstəxanası

“Yeni Klinika” publik hüquqi şəxs.

Tacxeber.com

Oxşar xəbərlər

İlyas İsmayılov vəfat edib.

admin

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb – Rəsmi

admin

Musa Qurbanlı “Qarabağ”a qayıdır?

admin