DünyaHadisə

Putin Əsədin İrana getməsinə icazə verməyib

 

Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvadan İrana uçmaq istəyib.

 

Bu barədə “Kremlevskaya tabakerka” Teleqram kanalı mənbələrinə istinadla məlumat yayıb.

“Lakin çox ciddi adamlar Vladimir Putinin tapşırığı ilə ona açıq şəkildə izah etdilər ki, bunu etməyə dəyməz. Elə bundan sonra Putin Əsədlə görüşməyib və 3 dəfə də onunla telefonla danışmaqdan imtina edib”, – kanal bildirib.

 

Kanalın məlumatına görə, hazırda Əsədin harada olması bəlli deyil.

Qeyd edək ki, bir müddət öncə Moskvada Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edildiyi barədə məlumatlar yayılmışdı.

 

Tacxeber.com

Oxşar xəbərlər

Çində YENİLİK: Robot yarımmarafonda iştirak edib – ANBAAN VİDEO

redaktor

Rusiya şikayət etdi, Xəlilova İstanbulda saxlanıldı

redaktor

Putindən Üçüncü Dünya müharibəsi ANONSU

redaktor