16 C
Bakı
28 Sentyabr 2025 08:38
İdman

1 milyard avroluq müqavilə təhlükə altında – “Mançester Yunayted” nə edəcək?

“Mançester Yunayted” İngiltərə Premyer Liqasını tərk edərsə, idman geyimləri istehsalçısı “Adidas”la əsas sponsorluq müqaviləsini itirə bilər.

 

Tacxeber.com “The Telegraph”a istinadla xəbər verir ki, ümumi məbləği 900 milyon funt-sterlinq (bugünkü məzənnə ilə 1 milyard 88 milyon avro) olan sponsorluq müqaviləsinin şərtlərinə əsasən, “Mançester Yunayted” İngiltərə futbolunun yüksək divizionunda yerini itirərsə, şirkət müqaviləni ləğv etmək hüququna malikdir.

 

“Qırmızı şeytanlar” Çempionşipə düşərsə, “Adidas”ın ikinci variantı illik ödənişləri iki dəfə azaldaraq 45 milyon funt-sterlinqə çatdırmaqdır.

 

Hazırda “Mançester Yunayted” 19 oyundan 22 xalla 14-cü yeri tutur. Onunla düşmə zonasında olan üçüncü klub – “İpsviç” arasında cəmi 7 xal fərq var.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” Juninyoya görə neçə milyon avro istədi ?

admin

Seneqal Niderlanda qarşı, İngiltərədən darmadağın – Yenilənir

admin

Dünya çempionatının son oyunları “CBC Sport“da yayımlanacaq

admin