4 C
Bakı
27 Dekabr 2025 02:04
DünyaHadisə

Almaniyada film kimi OLAY: Ekskavator oğurlayan şəxs şəhərdə xaos yaratdı – VİDEO

 

Almaniyanın Baden-Vyurtemberq əyalətində ekskavator oğurlayan və polis əməkdaşını yaralayan şəxs zərərsizləşdirilib.

 

Tacxeber.com“Bild” nəşrinə istinadən xəbər verir ki, Main-Tauber bölgəsində bir şəxs ekskavatoru oğurlayıb və Grünsfelddən Tauberbischofsheim şəhərinə qədər idarə edib.

 

Yol boyu o, polis patrul avtomobillərinə və digər nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Hadisə zamanı bir qadın polis əməkdaşı yaralanıb.

 

Polis oğrunu yalnız Tauberbischofsheim şəhərində zərərsizləşdirə bilib. Ekskavatoru dayandırmaq mümkün olmadığı üçün hüquq-mühafizə orqanları odlu silahdan istifadə etmək məcburiyyətində qalıb.

Nəticədə həmin şəxs aldığı güllə yarasından həyatını itirib.

 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: “1300 ukraynalı rus əsirliyindən azad edildi”

redaktor

Bu kadrlar çox yayılıb, biz də diqqət edək…

redaktor

Norveç rusların ölkəyə girişini qadağan etdi

redaktor