16 C
Bakı
27 Sentyabr 2025 02:25
Dünya

Türkiyə ilə Almaniya arasında “dönər müharibəsi”

Türkiyə ilə Almaniya arasındakı münasibətlər dönər kababın düzgün hazırlanması texnologiyasına görə gərginləşib.

 

Tacxeber.comxəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti dekabrın 29-da bu barədə yazıb və məşhur yeməklə bağlı vəziyyəti ölkələr arasında “müharibə” adlandırıb.

 

“Berlin və Ankara ət yeməkləri üstündə mübahisə etdi və Aİ məşhur onun gələcək statusu ilə bağlı qərar verməli oldu”, – nəşr yazır.

 

Nəşr qeyd edir ki, aprel ayında Türkiyə yeməyin türk versiyasını Aİ-də qeydiyyata almaq üçün müraciət edib ki, bu da ona Fransız şampanı və ya İtaliyadan gələn Neapolitan pizzası ilə eyni səviyyədə qorunma təmin edəcək. Bundan sonra Almaniya şikayət edib.

 

Material müəlliflərinin izah etdiyi kimi, Brüssel Türkiyənin tərəfini tutsa, Almaniya ya kababın adını tamamilə dəyişməyə, ya da yeməyi türk reseptinə uyğun hazırlamağa məcbur olacaq.

 

Yaza qədər Almaniya və Türkiyə müstəqil şəkildə məsələni həll edəcəklər. Ölkələr kompromis tapmasalar, dönərlə bağlı münaqişəni Avropa Komissiyası (AK) həll edəcək.

 

Bundan əvvəl, sentyabrın 27-də bildirilmişdi ki, AK dönərin düzgün hazırlanması resepti ilə bağlı mübahisəni həll etmək üçün Almaniya və Türkiyəyə 6 ay vaxt verib. Türkiyə bu mübahisədə qalib gəlsə, məşhur yemək Avropada yeni adla satılmalı olacaq.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Putin qışdan silah kimi istifadə etmək istəyir, amma buna nail olmayacaq – Stoltenberq

redaktor

“Rusiya Qərbə cavab olaraq Belarusda nüvə silahı yerləşdirib” – Təhlükəsizlik Şurası

admin

Qəzzada aclıq tüğyan edir – Bir qurtum suya möhtacdırlar

redaktor