
Türkmənistanda təqaüdçülərin aprel ayı üçün pensiya almadıqları, onlardan sağ olduqlarını təsdiqləmələrinin tələb olunduğu bildirilir.
Tacxeber.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun türkmən xidməti məlumat yayıb.
Bildirilir ki, ölkənin Balkan vilayətində pensiyaçılar və əlillik müavinəti alan vətəndaşlar apreldə pul almadıqlarını deyirlər.
Vətəndaşların sözlərinə görə, bank hesablarını yoxlayıblar və aprel ayının vəsaitinin daxil olmadığını aşkar ediblər.
“Türkmənbaşıda hər ayın 1-də pensiya və əlilliyə görə müavinətlər plastik kartlara keçirilirdi, amma bu aprel ayında belə olmadı. Səbəb isə odur ki, rayon pensiya idarəsi bütün pensiyaçıların və müavinət alan əlillərin sağ olduğuna əmin olmaq üçün yoxlama tələb edir”, – mətbuat orqanı yazır.
Verilən məlumatlara görə, hazırda rayon sosial təminat uçotu şöbəsi 2-ci və 3-cü qrup əlillərdən, habelə bütün pensiyaçılardan sağ olduqlarını təsdiqləyən arayışları pensiya şöbəsinə təqdim etmələrini tələb edir.
Pensiyaçılardan mövcudluq faktını təsdiqləmə tələbi 2018-ci ildən bəri dəfələrlə irəli sürülüb. Qeyd olunur ki, əksər hallarda vətəndaşlara rəsmi xəbərdarlıq edilmədən birdən-birə səslənən bu tələblər cüzi təqaüdlə dolanmaqda çətinlik çəkdiyi bildirilən insanların üzərinə əlavə yük qoyur.
Mərkəzi Bankın məzənnəsi ilə 156, qara bazar kursu ilə 25 dollar
“Bu bürokratik sistemdən bezmişəm. Dolanışığımızı çətinliklə qarşılayırıq. Dərmana və digər xərclərə çatmır.

