21 C
Bakı
22 İyun 2025 06:12
Dünya

Türkiyə Bakıya istintaq qrupu göndərir

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq qrupunu Bakıya göndərir.

 

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

 

Nazir qeyd edib ki, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək və sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işləyəcək.

 

“Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik”, – Uraloğlu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin üçün Bakıya gələn, Fransada tutulan Pavel Durov kimdir? Telegram əfsanəsinin həzin sonu? DOSYE

admin

Bakı və Qarabağ erməniləri danışıqlara başlamalıdır – Şarl Mişel

redaktor

“Camaatı küçəyə çıxarmaq üçün ölüm-dirim mübarizəsi aparacağam” – “Arabo” terror dəstəsinin komandiri

admin