16 C
Bakı
24 Oktyabr 2026 07:53
Hadisə

Nurulla Siracov arzusuna çatdı: Həyat yoldaşı sağ tapılıb

Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub.

 

Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, Danaçı kənd sakini Müslümət Siracavova qəzadan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıbmış. O, bu gün ayılıb və kimliyini deyə bilib.

 

Hazırda onun oğlu da yanındadır.

 

Qeyd edək ki, M. Siracova təyyarə qəzasından sağ çıxan digər zaqatalalı sərnişin Nurulla Siracovun həyat yoldaşıdır.

 

Nurulla Siracov ötən gün Aktaudan Bakıya gətirilib.

 

Müalicə aldığı Yeni Klinikada jurnalistlərə müsahibə verən Nurulla Siracov həyat yoldaşının taleyindən nigaran qaldığını dilə gətirmişdi:

 

“Təyyarədə yoldaşımla yan-yana oturmuşduq, hadisədən sonra mən onu görməmişəm. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Qəzadan sonra onu tapa bilmədim. Onun üçün çox darıxıram”.

Tacxeber.com

Oxşar xəbərlər

Gürcüstanda David Qareci ilə bağlı iddialara görə jurnalist dövlətə xəyanət ittihamı ilə saxlanılıb

admin

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor