Dünya

Türkiyə Bakıya istintaq qrupu göndərir

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaq və qəza vəziyyətini təmin etmək üçün Türkiyədə 8 nəfərdən ibarət istintaq qrupunu Bakıya göndərir.

 

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.

 

Nazir qeyd edib ki, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək və sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə işləyəcək.

 

“Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik”, – Uraloğlu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor