Hadisə

“Ondan yadigar 9 aylıq oğlu qaldı” – VİDEO

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan biri 26 yaşlı Ramazan Filiyevdir.

 

Onun həyat yoldaşı Həvva Filiyeva Baku TV-yə açıqlamasında bildirib ki, Ramazan Filiyevlə son dəfə təyyarə havaya qalxmazdan əvvəl əlaqə saxlayıb:

 

“Dedi ki, narahat olma, təyyarə enən kimi sənə yazacağam. Sonra ondan xəbər gəlmədi. Narahat olmağa başladım. Daha sonra hadisə ilə bağlı videolar paylaşanda bildik ki, qəza olub”.

 

Qeyd edək ki, qəza nəticəsində həlak olan Ramazan Filiyevin 9 aylıq oğlu yadigar qalıb.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Natiq Cəfərli sən quru sərhədlərin bağlı qalması ilə bağlı haqlı İRAD

admin

Memar: “Bakı sakinləri özləri mer seçsə, səkiləri də olar”

admin

İstanbulda bina çöküb, dağıntılar altında qalanlar var

redaktor