Dünya

İsrailli nazirdən etiraf: Haniyəni biz məhv etmişik

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu ilin iyulunda Tehranda öldürülməsinin arxasında İsrail hakimiyyəti dayanır.

 

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz ilk dəfə etiraf edib.

 

Nazirin sözlərinə görə, İsrail hakimiyyəti “husilərin infrastrukturunu vuracaq və onların rəhbərliyinin başını kəsəcək”.

 

Katz bildirib: “Tehranda, Qəzzada və Livanda [İsmail] Haniyə, [Yəhya] Sinvar və [Həsən] Nəsrullaha etdiyimizi Hudeydə və Sənada da edəcəyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Xamenei Pezeşkianın ABŞ-la dialoquna İCAZƏ VERMƏYİB?

redaktor

Rusiyada 10 yaşlı oğlan 700-dən çox məktəbi “minalayıb”

redaktor

 Kiyev üçün “Qırmızı Xətt”: Zelenski Donetskdən birtərəfli geri çəkilməni müzakirə etməkdən imtina etdi

admin