CəmiyyətGündəm

Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı

 

Tacxeber.com xəbər verir ki, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən “TikToker”lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

 

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Laçının işığı yandı – VİDEO

redaktor

“ChatGPT” ilə söhbətləriniz məhkəmədə əleyhinizə istifadə edilə bilər – XƏBƏRDARLIQ

redaktor

Onlara yüksək vəzifə verildi – RƏSMİ

redaktor