25.3 C
Bakı
13 İyun 2026 12:19
CəmiyyətGündəm

Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı

 

Tacxeber.com xəbər verir ki, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən “TikToker”lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

 

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

 

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“İrandakı iğtişaşları ABŞ və İsrail planlayıb” – Xamenei

redaktor

Bu halda nüvə silahından istifadə edəcəyik – Putindən şok

admin

Eks-prezident agent olduğunu təsdiqlədi: “Onu konteynerə qoyub Gürcüstana göndərdilər”

admin