Dünya

ABŞ öz təyyarəsini vurdu

Amerika Birləşmiş Ştatlarına aid “F/A-18” döyüş təyyarəsi Qırmızı dəniz üzərində vurulub. Təyyarədə olan 2 pilot zərbə vaxtı göyərtəni tərk edib.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, döyüş təyyarəsinə zərbəni də məhz ABŞ özü edib. Vaşinqtondan verilən açıqlamada, təyyarənin yanlışlıqla vurulduğu bildirilib.

 

Pilotlar hadisədən yüngül xəsarətlərlə xilas olub. “F/A-18”in məqsədi Yəməndəki husi silahlılarına zərbə endirmək idi.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor