31 C
Bakı
13 Avqust 2025 17:54
Dünya

İranda hicaba etiraz edən tələbələr “Pəncərədən daş gəlir”in sədaları altında RƏQS ETDİLƏR – VİDEO

Güneyli öyrənci qızlar universitetdə məcburi hicaba etiraz əlaməti olaraq rəqs ediblər.

Tacxeber.com xəbər verir ki, bu barədə “Araz News” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Təbriz Universitetinin öyrənciləri hicabın əhəmiyyəti barədə keçirilən seminardan sonra müxtəlif rəqslərlə məcburi hicaba qarşı etirazlarını nümayiş etdiriblər.

Təbrizli tələbələrin rəqsləri sosial mediada geniş marağa səbəb olub. Bildirilib ki, seminarda universitet rəhbərliyi İslamda hicabın əhəmiyyəti və qadınların ona riayət etmələrinin vacibliyindən danışıblar.

Çıxış edən şəxslər getdikdən sonra isə universitetin xanım öyrənciləri səhnəyə çıxaraq “Pəncərədən daş gəlir” musiqisi sədaları altında öz rəqs məharətlərini göstəriblər.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya son sutkada bu qədər itki verdi – ŞOK RƏQƏMLƏR

redaktor

Suriyada rejim əleyhdarları Hələbdən sonra Hama şəhərini də ələ keçirdi.

admin

İstanbulda Rusiya-Ukrayna danışıqları BAŞA ÇATDI

redaktor