16 C
Bakı
27 Sentyabr 2025 00:34
Cəmiyyət

Kimlərə pulsuz dərman veriləcək? – Tarix açıqlandı

“Ambulator dərman vasitələrinin təminatına gələn ilin altı ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.

 

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 

Bəs maraqlıdır, vətəndaşlar dərmanları haradan ala biləcəklər? Bir vətəndaşa nə qədər dərman verilə bilər? İllik limit varmı?

 

Bu suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə üz tutduq.

 

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub:

 

“İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstələrinin dərman ehtiyacının qarşılanması planlaşdırılıb. Vətəndaşlar həkimə müraciət ediblər və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfində olan siyahıya və həkimin reseptinə uyğun olaraq veriləcək. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Yəni elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl apteklərdən ala biləcəklər”.

 

Məlumatda qeyd olunub ki, “Tibbi sığorta haqqında” Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:

 

“Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısında başlanacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

Saatlarla enerji doldurur, cəmi 300-400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir

admin

Namiq Mənadan Pərviz Bülbülənin paylaşımına REAKSİYA

redaktor

Bu ədva qaraciyəri çürüdür – Bazarda “kitayski” darçınlar PEYDA OLUB

redaktor