Dünya

Suriyadakı həmin həbsxanadan FOTOLAR

Suriyada dekabrın 8-də “Baas”ın süqutu ilə rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb.

 

Tacxeber.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, paytaxt Dəməşqdəki Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şəraitdə olan bölmələr görüntülənib.

 

Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin idarə etdiyi həbsxanada məhkumların divarlara şeirlər yazması, şəkil və təqvimlər çəkməkləri diqqət çəkib.

 

Qeyri-insani şəraitin olduğu görünən həbsxanada aralarında qadınların da olduğu təxminən 700 nəfərin saxlandığı bildirilir.

 

Həbsxanada bir nəfərlik kameralarda 6 və ya 8 məhbusun, təxminən 10 nəfərlik kameralarda isə 80 nəfərin saxlandığı məlum olub.














Tacxeber.com

Oxşar xəbərlər

Xankəndidə azərbaycanlıların qəbirləri belə dağıdılır – Video

redaktor

Putin Mariupola səfərindən danışıb: “Kəməri bağlamadım ki, nəsə olsa avtomobildən tez düşə bilim”

redaktor

Ukraynaya niyə silah verilmir? – Qərb nə istəyir?

admin