Dünya

Kerç boğazında Rusiyanın tankeri BATIR: Helikopter göndərildi – YENİLƏNİB

“Mi-8 helikopteri Kerç boğazında batmaq üzrə olan “Volqoneft-212” tankerinə doğru yola çıxıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

 

“Gəmidə neft məhsulları olduğu məlumdur, sızma ilə bağlı məlumat dəqiqləşdirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8-i xilasedicilərlə birlikdə hadisə yerinə uçub”, – məlumatda deyilir.

 

“SHOT” “Telegram” kanalı Kerç boğazında iki yük gəmisinin qəzaya uğradığını bildirib. Güclü dalğalar sahildən bir neçə kilometr aralıda “Volqoneft-212” və Volqoneft-239″u vurub.

***

Rusiyanın “Volqoneft-212” tankeri Kerç boğazında qəzalı vəziyyətə düşüb.

Tacxeber.comölkə mətbuatına istinadən xəbər verir ki, buna fırtına səbəb olub.

 

Hadisə sahildən 8 km məsafədə baş verib. Belə ki, tankerin burun hissəsi qopub. 13 nəfərlik heyət hazırda gəminin arxa hissəsində yardım gözləyir.

“Volqoneft-239” tankerinin də fəlakətlə üzləşdiyi bildirilir. Bu tankerin göyərtəsində isə 14 nəfər var.

Hər iki tanker 4 tondan artıq mazut daşıyır.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda Rusiya əleyhinə mitinq keçirilir

redaktor

Hulusi Akar İraq sərhədində yoxlamalar aparır – FOTO

redaktor

İlon Mask Azərbaycan dilində “həqiqət”i paylaşdı – FOTO

redaktor