25 C
Bakı
10 Avqust 2025 22:34
CəmiyyətDünyaHadisəSiyasət

Keçmiş futbolçu Gürcüstanın yeni prezidenti oldu.

Gürcüstanda bu gün prezident seçkiləri keçirilib.

 

Mixeil Kavelaşvili yeni prezident seçilib. Seçki Komissiyasının 224 üzvü onun lehinə səs verib.

 

Səsvermə saat 9:00-dan 14:00-dək ölkə parlamentində baş tutub. Seçkilərdə ümumilikdə 225 seçki komissiyasının üzvü iştirak edib, 1 bülleten etibarsız sayılıb.

 

Seçkilər etirazlar fonunda baş tutub. Səhər saatlarında etirazçılar şəhərin mərkəzi prospektini bağlayıb və parlamentə bitişik küçədə mövqe tutublar. Parlament binası polis tərəfindən mühasirəyə alınıb.

 

Kavelaşvili Gürcüstan prezidentliyinə yeganə namizəd olub. Onu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası təqdim edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Agentlik: “Azərbaycanda doğuş və qeysəriyyə əməliyyatı ödənişsizdir”

redaktor

Ukrayna rəsmiləri bildirir ki, Ukrayna və ABŞ iqtisadi çərçivə sazişi üzərində razılaşıblar

admin

Sobyanin: Moskvaya böyük pilotsuz təyyarə hücumunun qarşısı alınıb

redaktor