Dünya

“Ukrayna ərazisinin üçdə birini itirəcək və heç vaxt NATO-ya…” – Baş nazirdən MÜHÜM AÇIQLAMA

“Ukrayna Rusiya ilə münaqişə səbəbindən ərazisinin 30%-ni itirəcək, lakin ABŞ və müttəfiqlərindən heç vaxt NATO-ya dəvət almayacaq”.

 

Bunu Slovakiyanın baş naziri Robert Fiko deyib. Fikonun fikrincə, Ukrayna münaqişəsinin həlli atəşkəsə nail olmaqdan və danışıqlara başlamaqdan keçir.

 

Baş nazir münaqişənin nəticələrinin Ukraynanın daxili sabitliyinə əhəmiyyətli dərəcədə təsir edəcəyini də vurğulayıb.

 

Qeyd edək ki, dekabrın 8-də Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Ukrayna ilə bağlı danışıqlara açıq olduğunu, sülh yoluna çıxmaq üçün Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə hər hansı danışıqları qadağan edən fərmanını ləğv etməsi və danışıqların davam etdirilməsi üçün göstəriş verməsinin kifayət edəcəyini bir daha bəyan edib.

 

Rusiya Prezidenti Vladimir Putin iyunun 14-də Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə Ukraynadakı vəziyyətin nizamlanması üçün ölkənin şərtlərini açıqlayıb.

 

Onların arasında Ukrayna silahlı qüvvələrinin Donbass və Novorossiyadan çıxarılması və Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi var. Bundan əlavə, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi bütün sanksiyaların aradan qaldırılmasını istəyir və Ukraynadan bloklara qoşulmamaq və nüvə silahından azad olmaq öhdəliyini tələb edir. Onun rusdilli əhalisinin də hüquq, azadlıq və mənafeləri təmin edilməlidir. (Sfera.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ərazilərini sistemli şəkildə qaytarır – Sallivan

redaktor

Kritik qərar: “Rusiya ilə döyüşməyəcəyik, amma…”

admin

Putindən iPhone qadağası: Bir ay vaxt verildi

redaktor