Cəmiyyət

Bakıda pişiyə qarşı ağlasığmaz hərəkət – Həssas VİDEO

Azərbaycanda pişiyə qarşı zorakılıq edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

 

Məlumata görə, hadisə Zabratda baş verib.

 

İddiaya görə, küçədəki uşaqların zorakılıq etdiyi pişiyin səsini eşidən qadın heyvanı xilas edərək baytar yanına aparıb. Pişiyi müayinə edən qadın heyvanın qorxudan titrədiyini deyib.

 

“Xanım pişiyi bəzi zoofillərin əlindən alıb. İti bildik, deyirsiniz, insanların üstünə cumur. Bəs bu pişik sizə nə edib? Niyə balalarımıza heyvan sevməyi öyrətmirsiniz?” – o söyləyib.

 

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib.

 

 

Oxşar xəbərlər

Mənim atam ölür….

admin

Azərbaycanda 32 yaşlı stomatoloqla 13 yaşlı qızla NİŞANLANDI

redaktor

Elşən Xəzər “meyxananı da gözdən salan kəndçilərdir, əruzu bilmirlər, çoxu da ateist olur, ağama lağ edirlər” deyib? – AÇIQLAMA

redaktor