36 C
Bakı
14 İyul 2025 20:00
Hadisə

21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü

Zaqatalada hamilə qadın özünü evdə abort edib.

Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki ,hadisə ötən gün Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb.

 

21 həftəlik hamilə olan 27 yaşlı Diana Kazımova yaşadığı evdə hamiləliyini sonlandırmağa qərar verib. Bu məqsədlə o, uşaqsalmada (abort) istifadə olunan xüsusi riskli dərman qəbul edib. Yüksək dozada dərman qəbul edən D. Kazımovanın vəziyyəti qəfil pisləşib. O, dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi və səyi nəticəsində qadının həyatı xilas edilib.

 

Hazırda D. Kazımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“BakuBus”a məxsus avtobus tələbəni vurub ÖLDÜRDÜ – RƏSMİ

redaktor

Kişi bekarçılıqdan özünü cinayətkar kimi göstərib həbs olundu

admin

Naxçıvanın baş nazirinin gizli göstərişi – Gömrükçü danışdı

redaktor