Sağlamlıq

Ürək xəstəliyi və qalxanvari vəzi arasında əlaqə tapıldı

Ürək xəstəliyi və qalxanvari vəzi arasında əlaqə tapıldı

Almaniyalı tədqiqatçılar tiroid xəstəliyinin aritmiya kimi ciddi ürək problemləri riskini artıra biləcəyini müəyyən ediblər.

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Cardiovascular Medicine” jurnalında dərc olunub.

Qalxanabənzər vəzi enerji səviyyəsini, bədən istiliyini, çəkisini və əhvalını idarə edən hormonlar istehsal edir. Onun disfunksiyası müxtəlif xəstəliklərə, o cümlədən ürək problemlərinə səbəb olan hipotiroidizmə (hormonların az istehsalına) və ya hipertiroidizmə (hormonların həddindən artıq istehsalına) səbəb ola bilər.

Yeni elmi iş 1,3 milyondan çox insanı əhatə edən əvvəllər dərc edilmiş 32 araşdırmaya əsaslanır.

Bildirilir ki, qalxanvari vəzinin disfunksiyası ürək-damar xəstəliklərinin, o cümlədən aritmiya və ani ürək ölümü riskini artıra bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor