22 C
Bakı
18 Avqust 2026 05:46
Dünya

Mask Trampın seçki kampaniyasına ən azı 260 milyon dollar xərcləyib

Amerikalı milyarder İlon Maskın Donald Trampın ABŞ prezidenti seçilməsinin təşviqi üçün xərcləri ən azı 260 milyon dollar təşkil edib.

Tacxeber.com xəbər verir ki, bu barədə CNN telekanalı Federal Seçki Komissiyasının sənədlərinə istinadla məlumat yayıb.

“Sənədlər göstərir ki, İlon Mask Donald Trampı Ağ Evə qaytarmaq üçün ən azı 260 milyon dollar sərmayə qoyub. Bu nəhəng infuziya onu prezident kampaniyasının ən böyük siyasi donorlarından birinə çevirir”, – məlumatda bildirilir.

 

Telekanal xatırladıb ki, Tramp seçkilərdə qalib gəldikdən sonra Maska hökumətin xərclərini azaltmağa yönəlmiş yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) nəzarət etməyi tapşırıb.

 

Bundan əvvəl “Newsweek” jurnalı Trampın səkkiz milyarderə dövlət işləri təklif etməsi səbəbindən seçilmiş ABŞ prezidentinin administrasiyasının ölkə tarixinin ən zənginlərindən birinə çevrilə biləcəyini yazıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dronlar, raketlər və arxa cəbhə zərbələri: NATO Rusiya üçün sürpriz hazırlayır

redaktor

Ziyaülhəqqin müəmmalı ölümü: qəza, yoxsa sui-qəsd?

redaktor

Rusiya taxıl ixracı Ukrayna hücumları səbəbindən iflic oldu

redaktor