20 C
Bakı
20 Oktyabr 2026 18:00
CəmiyyətDünyaHadisəMüsahibəSiyasət

“Saakaşvili həbsdən çıxaraq siyasətə dönüş edə bilər, “Gürcü Arzusu” hökuməti…” – AÇIQLAMA

Gürcüstanda etiraz aksiyaları davam edir. Məlumata görə, aksiyada saxlanılanların sayı 224 nəfərə çatıb.

 

Tacxeber.com xəbər verir ki,  Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda etiraz aksiyaları seçkinin nəticələrinə görə deyil, hökumətin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırmasına görə başladı. Onun sözlərinə görə, Gürcüstan artıq inqilabın astanasındadır:

 

“Bu etirazlara Prezident Salome Zurabişvili başçılıq edir. Etirazların kütləvi hal alması Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırması və qrantlardan imtina etməsi ilə bağlı qərarından sonra baş verdi. Gürcüstanda etirazlara ABŞ deyil, Avropa İttifaqı dəstək verir. Gürcüstan hökumətinin 20 il oturuşmuş avrointeqrasiya siyasətindən imtina edərək, radikal şəkildə dönüş etməsi əhalinin küçələrə çıxmasına səbəb oldu. Halbuki, seçki günü və ondan sonrakı proseslərdə etirazlar bu qədər kütləvi deyildi. Hökumət buna arxayın olaraq daha da radikal qərarlar qəbul etdi”.

 

Müsahibimiz qeyd etdi ki, Gürcüstanda etiraz aksiyaları hökuməti istefaya göndərərsə, prezident yeni aralıq hökumət təsis edib seçkilərə gedəcək:

 

“Eyni zamanda, Mixail Saakaşvilinin həbsdən çıxaraq siyasətə dönüş etməsinə də şərait yarana bilər. Etirazlara sərt güc tətbiq edilsə, prosesin daha ciddi xarakter alması mümkündür. Fikrimcə, “Gürcü Arzusu” hökuməti səhv hesablamalar aparaq tez qərarlar verdi”.

Tacxeber.com

Oxşar xəbərlər

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor