21 C
Bakı
09 Oktyabr 2026 14:59
DünyaHadisəSiyasətTexnologiya

Şimali Koreya ən güclü sistemlərini Rusiyaya verdi

Şimali Koreya Rusiyaya 100 artilleriya sistemi, o cümlədən M1989 özüyeriyən haubitsaları və M1991 reaktiv yaylım atəşi sistemləri, həmçinin milyonlarla artilleriya mərmisi və onlarla KN-23 ballistik raketləri verib.

 

Bu barədə “Forbes” nəşrinin analitiki Devid Eks yazıb.

 

“M1989 haubitsaları hər biri 45 kq olan 170 mm-lik mərmilərlə 40 km uzaqlıqdakı hədəfləri vura bilir.

 

M1991 sistemləri də Rusiyanın artilleriya imkanlarına güclü yeni əlavədir. 60 kilometr məsafədə hədəfləri vuran M1991 Ukraynanın inventarında olan bütün artilleriya sistemlərini üstələyir. Eyni zamanda, Rusiyanın arsenalında olan bu sistemlər Ukrayna səngərlərini vura bilər”, – Eks bildirib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə təhlükəsi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor