İdman

Qurban Qurbanov “Qarabağ”a yeni oyunçular gətirir

“Qarabağ” 2025-ci ilə 3 yeni legionerlə başlayacaq.

Bu, Qurban Qurbanovun planıdır.

 

Tacxeber.com sportinfo.az-a istinadla bildirir ki, baş məşqçi qış fasiləsində bu sayda oyunçunun alınmasını istəyib.

Təcrübəli mütəxəssis rəhbərliklə görüşündə transfer çalışmaları ilə bağlı düşüncələrini dilə gətirib və heyətin gücləndirilməsinin vacibliyi üzərində dayanıb.

 

Bu əsnada Qurbanovun hansı mövqelərə “əl gəzdirmək” niyyətində olması da müəyyənləşib.

Azərbaycanın ən yaxşı məşqçisi hücum və müdafiə xətləri ilə yanaşı, yarımmüdafiədə yeni nəfəsə gərək duyduğunu söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Yeni rəhbərlik AFFA-ya iş görməyə gəlib, yoxsa kofe içməyə?

admin

Qazaxda icra başçısını tənqid edən bələdiyyə sədrinin müavini psixiatriya xəstəxanasına salınıb

admin

Messi ilə bağlı sürpriz addım: Azarkeşlər şoka düşdü

redaktor