21 C
Bakı
23 İyun 2025 05:02
Dünya

Ağıllı saatı həyatını xilas etdi – Video

Kanoe sürərkən müvazinətini itirərək yıxılan litvalı turist ağıllı saatı sayəsində xilas olub.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Avstraliyada baş verib.

 

Belə ki, 65 yaşlı litvalı turistin Tasmaniyada Franklin çayında kanoe macərası uğursuz başa çatıb.

Dostları ilə kanoedə gəzən turist müvazinətini itirərək suya düşüb və ayağı qayalara ilişib.

 

Turistin istifadə etdiyi ağıllı saat 1 saatdan sonra təcili siqnal göndərdikdən sonra axtarış-xilasetmə qrupları əraziyə gəlib.

Litvalı turistin çətin xilasetmə əməliyyatı 20 saat davam edib.

Xilasedicilər turisti xilas etmək üçün onun sol ayağını amputasiya etməli olublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Oxşar xəbərlər

Tramp Zelenskini “tarixin ən yaxşı taciri” adlandırıb

redaktor

Azərbaycanda valideynlər əvvəl kitab oxuyub, sonra uşaq dünyaya gətirsin – Məşhur pediatr

redaktor

Zəlzələni əvvəlcədən bilmək mümkündür? – VİDEO

redaktor