24 C
Bakı
22 İyun 2025 10:30
DünyaHadisə

ABŞ-də təyyarə qəzası: Ölənlər var

Koloradoda (ABŞ) “Cessna 182” yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə uçuşu həyata keçirən təyyarə Boulder şəhərindən təxminən 77 km şimalda qəzaya uğrayıb. Təyyarədə mülki hava patrulunun könüllüləri olub. Qəza nəticəsində bir pilot və hava fotoqrafı həlak olublar. İkinci pilot ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

 

Qəzanın səbəbi barədə məlumat verilmir. Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Ramiz Mehdiyev AMEA-nın iclasına gəlmədi

redaktor

İtaliyada 243 kq-lıq bomba partladıldı

redaktor

Rusiya sülhməramlıları Xankəndidə qəzaya uğradı – Ölən və yaralananlar var

admin