DünyaHadisə

ABŞ-də təyyarə qəzası: Ölənlər var

Koloradoda (ABŞ) “Cessna 182” yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə uçuşu həyata keçirən təyyarə Boulder şəhərindən təxminən 77 km şimalda qəzaya uğrayıb. Təyyarədə mülki hava patrulunun könüllüləri olub. Qəza nəticəsində bir pilot və hava fotoqrafı həlak olublar. İkinci pilot ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

 

Qəzanın səbəbi barədə məlumat verilmir. Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskidən Putinin sözlərinə reaksiya

redaktor

Ukraynanda raket zərbələri nəticəsində ölənlərin sayı 30-u ötüb – YENİLƏNİB

admin

İsrail HƏMAS-la razılaşma çərçivəsində 39 fələstinli girovu azad edib

redaktor