16 C
Bakı
27 Sentyabr 2025 02:08
Sağlamlıq

Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz – TÖVSİYƏ

“Diabet riskini azaltmaq mümkündür”.

Tacxeber.com xəbər verir ki, bu barədə Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.

 

Bildirilib ki, bunun üçün aktiv həyat tərzi, sağlam qidalanma, sağlam çəki, həkim müayinəsindən mütəmadi keçmək və stresi idarə etmək lazımdır:

 

“Gündəlik olaraq ən azı 30 dəqiqə fiziki aktivlik vacibdir. Gəzinti, qaçış, üzgüçülük və ya rəqs qan şəkərini nəzarətdə saxlamağa kömək edir. Çəkinin azalması qan şəkərini və insulinin təsirini yaxşılaşdırır. Bol tərəvəz, meyvə, taxıl və liflə zəngin qidalar qəbul etmək, şəkərli və yüksək kalorili qidalardan uzaq olmaq lazımdır”.

Qeyd olunub ki, stress hormonları qan şəkərini yüksəldir:

 

“Meditasiya və nəfəs məşqləri ilə isə stresi azaltmaq mümkündür. Erkən diaqnoz və tədbirlərlə diabet riskini azalda bilərsiniz. Bunun üçün qan şəkərinizi və digər sağlamlıq göstəricilərinizi nəzarətdə saxlamalı, müntəzəm olaraq həkim müayinələrindən keçməlisiniz”.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur həkimdən həyəcan təbili: “Bu xəstəliyin yaranması ağır fəsadlara gətirib çıxarır”

redaktor

Çips yeməklə həyatınızı təhlükəyə atdığınızı bilirsiniz?

redaktor

Həkim baş ağrısı ilə mübarizə aparmağın təsirli üsullarından danışdı

redaktor