Dünya

Netanyahu azad edilən hər girov üçün mükafat vəd edib

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.

Tacxeber.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

 

“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Biz həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat təklif edəcəyik. Seçim sənindir, seç. İstənilən halda, nəticə eyni olacaq: biz bütün girovları geri qaytaracağıq”, – deyə netanyahu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor