10 C
Bakı
27 Mart 2026 14:16
Dünya

Kiçik Tramp: Axmaqlar, Üçüncü Dünya müharibəsinə başlatmaq istəyirlər

Amerika hərbi-sənaye kompleksi (HSK), ABŞ-nin yeni seçilən prezident Donald Tramp hakimiyyətə gəlməmiş, Üçüncü Dünya müharibəsini başlamağa çalışır.

Tacxeber.com xəbər verir ki, bu barədə Trampın kiçik oğlu Donald Tramp ABŞ-nin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərini vurmağa razılıq verməsini şərh edərkən X-də (Twitter) yazıb.

 

“Hərbi-sənaye kompleksi, deyəsən, atam sülh gətirmək və insanların həyatını xilas etmək şansı əldə etməmişdən əvvəl III Dünya müharibəsinə başladıqlarına əmin olmaq istəyir”, – o yazıb.

 

Kiçik Tramp əlavə edib ki, insanların həyatı onların vecinə deyil.

 

O, sonda belə bir qərarı qəbul edənləri də “axmaq” adlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin bu qədər nüvə silahı var – İddia

admin

Uğursuzluğun atası çox olur, uğur isə yetimdir.

redaktor

İtaliyalı jurnalistin İrandan azad edilməsinə Mask kömək edib? – DETALLAR

redaktor