Futbol üzrə Rusiya milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimində iştirakına icazə verilməyib.

Bu haqda Tacxeber.com  Match TV-yə istinadən məlumat verir.

“Rusiya millisinin dünya çempionatının seçmə mərhələsinin püşkatmasında iştirakına icazə verilməyəcək. Komanda təhlükəsizlik problemlərinə görə seçmə mərhələdə iştirak edə bilməyəcək;

Püşkatma mərasimi dekabrın 13-də İsveçrənin Sürix şəhərində keçiriləcək. Avropada seçmə turnir 2025-ci ilin martından 2026-cı ilin martına kimi keçiriləcək.

Tacxeber.com