Dünya

“Trampın bu davranışı məni heyran etdi” – Putin

trampin-bu-davranisi-meni-heyran-etdi

“ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın həyatına sui-qəsd cəhdi zamanı davranışı məni heyran etdi”.

 

Tacxeber.com “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı deyib.

 

“Onun hücum zamanı davranışı məni heyran etdi. Cəsarətli bir insan olduğu ortaya çıxdı. Söhbət təkcə əl qaldırıb ümumi ideallar uğrunda mübarizəyə çağırmaqdan getmir. İnsan qeyri-adi şəraitdə özünü büruzə verir”, – Putin bildirib.

 

Xatırladaq ki, 78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalmış və qulağından yaralanmışdı. Həmçinin sentyabrın 15-də də ona qarşı daha bir sui-qəsd cəhdi qolf klubunda baş vermişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya və Çin 2024-cü ili “dostluq ili” elan etdilər

redaktor

Xaçınçaya 200 min balıq buraxıldı

redaktor

Gürcüstana xəbərdarlıq edildi – “Müdaxilə olacaq”

admin