32 C
Bakı
12 Avqust 2025 17:55
Dünya

Tramp: “Prezidentlik dövrüm ABŞ tarixində “qızıl dövr” olacaq” – VİDEO

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan iş adamı Donald Tramp siyasi qələbəsini elan edib və özünü ABŞ-ın 47-ci prezidenti adlandırıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə informasiyanı Donald Tramp seçiciləri qarşısında çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, prezidentlik dövrü ABŞ tarixində “həqiqətən qızıl dövr” olacaq:

 

“Prezident seçildiyimə görə Amerika xalqına təşəkkür edirəm”.

 

Xatırladaq ki, Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. O, artıq 277 səs toplayıb. Kamala Harris isə səslərin 226-nı qazanıb.

 

Yeri gəlmişkən, seçkilərdə qalib olmaq üçün 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.


Tacxeber.com

Oxşar xəbərlər

Rəisi etirazçılarla danışıqlara getmək istəyir

redaktor

Tramp nəhayət Hindistanı Rusiya neftindən imtina etməyə məcbur etdi

redaktor

İranın sabiq Prezidenti Mahmud Əhmədinejatın ölümü təkzib olundu

redaktor