23.7 C
Bakı
09 İyun 2026 21:59
Dünya

İsrail ordusu Dəməşqə zərbə endirdi – VİDEO

İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyid Zeynəb bölgəsinin cənub-şərqinə hücumu zamanı hava limanına ziyan dəyməyib.

 

Tacxeber.comxəbər verir ki, “Əl Vatan” qəzetinin verdiyi məlumata görə, bunu Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur bildirib.

 

“Dəməşq hava limanı təcavüzkarın raket hücumlarına məruz qalmayıb, paytaxtın hava limanı zədələnməyib və normal şəkildə fəaliyyətini davam etdirir”, – deyə o bildirib.

 

Məlumata görə, İsrailin hücumu yerli vaxtla saat 17:18-də Dəməşq yaxınlığındakı Colan təpələrindən baş verib.


Tacxeber.com

Oxşar xəbərlər

NATO Rusiya ilə bu bölgədə üzləşəcək

admin

Zəfər şücaətlə başladı, suverenliklə tamamlandı.

redaktor

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Trampın mövqeyi ilə razı deyil.

admin