Cəmiyyətİdman

Şahin Diniyev də istefa verdi

“Səbail”in baş məşqçisi Şahin Diniyev istefa verib.

 

O, bu haqda qərarını Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Kəpəz”ə qarşı matçdan (0:1) sonra açıqlayıb.

 

Diniyev keçirdiyi mətbuat konfransında rəhbərliklə görüşdüyünü və öz xahişi ilə istefa verdiyini söyləyib.

 

Ş.Diniyev deyib ki, “Səbail”də bundan sonra nəyisə dəyişmək üçün özündə güc görmür:

 

“Mənə dedilər, səbr et. Amma bu materialla nəyisə dəyişəcəyimə özümdə güc görmürəm. Komandaya yeni nəfəs lazımdır. Bu, mənim yekun qərarımdır”.

 

Hələlik “Səbail” rəhbərliyinin bu qərara münasibəti bəlli deyil.

 

Qeyd edək ki, “Səbail” hazırda Misli Premyer Liqasında 12 oyundan 7 xalla 9-cu yeri tutur (10 komanda arasında). (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq” – Elmar Məmmədyarov

redaktor

Rəşid Mahmudov həkimlərin pensiyasından danışdı: “Özlərinə o 320 manatı verəsən, görüm, dolana bilərlərmi?”

redaktor

Azərbaycanda vəzifəli şəxsin evindən 244 min manatlıq qızıl oğurlanıb.

admin