Hadisə

İranda “Azadlıq Radiosu”nun əməkdaşı saxlanıldı

İranda “Azadlıq Radiosu”nun əməkdaşı saxlanıldı

İranda ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Radio Fərda”da işləyən ABŞ vətəndaşı Rza Vəlizadə saxlanılıb.

 

Tacxeber.comOxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

 

Onun bir neçə aydır ki, İranda həbsdə olduğu vurğulanır.

 

Qeyd olunur ki, R.Vəlizadənin İran vətəndaşlığı da var və “Azadlıq Radiosu”nun filialı olan “Radio Fərda”da işləyib. Fevral ayında jurnalist sosial şəbəkədə ailə üzvlərinin onu ölkəyə qayıtmağa məcbur etmək məqsədilə İranda saxlanıldığı haqda məlumat vermişdi.

 

Agentlik qeyd edir ki, R.Vəlizadə 1979-cu ildə İran hakimiyyətinin ABŞ səfirliyində girovları ələ keçirməsindən sonra İranda saxlanılan ilk amerikalı ola bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Google”un Fransadakı 1,9 milyard avroluq aktivləri dondurulub

admin

Qərbi “şeytan” adlandıran rusiyalı deputatın qızı Parisdə nişanlanıb

admin

Kosmosda məlumat mərkəzləri üçün bir milyon peyk: “SpaceX”ə icazə verilib

admin