18 C
Bakı
10 Sentyabr 2026 05:28
Cəmiyyət

Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi

sayt-rehberi-ve-oglu-santaja-gore-hebs-edildi

 

 

Şirvanda “Dogruxeber.com” saytının baş redaktoru və redaktoru həbs olunublar.

 

“Qafqazinfo” xəbər verir ki, onların ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.

 

Sayt rəhbəri İlham Həsənov və oğlu Renar Həsənov ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.

 

Faktla bağlı cinayət işi başlanıb, onların barəsində həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi üzrə istintaq davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Şəhidlərə, ağrılı ailələrinə hörmət, dəstək hamının borcudur. Amma…

redaktor

AİHM Nardaran hadisələri ilə bağlı Azərbaycanı 23 min avro təzminata məhkum edib

admin

Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə – Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…

redaktor